Bəzi QHT və sosial layihələrdə könüllü işləyirəm, amma maaş almıram. Bu, əmək stajına əlavə olunurmu, ya xeyr? Məlumat verə bilərsiniz?
Sayt administrasiyası
16.11.2024
cavabın tarixi: 16.11.2024
Könüllü fəaliyyət təmənnasızdır və əmək müqaviləsi hesab edilmir. Buna görə sosial sığorta yatırılmadığı üçün rəsmi əmək stajınıza daxil olmur. Ancaq bəzən könüllülər üçün ayrıca proqramlar olur, müəyyən sertifikat və təcrübə sənədləri fayda verə bilər. Amma pensiya və rəsmi staj yönündən könüllülük fəaliyyəti qəbul edilmir. Bu, Əmək Məcəlləsinə aid olmayan bir tədbirdir.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Yeni işə girəndə işəgötürən mənə sınaq müddəti təyin etmək istəyir. Bu müddət nə qədər davam edə bilər və hüquqlarım nələrdir? Əgər sınaq müddəti bitəndən sonra işəgötürən mənimlə müqaviləni davam etdirməsə, bu, qanunla necə tənzimlənir? Eyni zamanda, sınaq müddəti ərzində maaşımın miqdarı da ya az qeyd edilirsə, bu düzgündürmü?
İşəgötürən maaşımı rəsmi şəkildə az göstərir, sosial sığorta da az yatırır. Bunun gələcəkdə pensiya və digər sosial hüquqlarıma təsiri varmı? Necə müdaxilə edə bilərəm?
Hamiləyəm və iş şəraitim ağırdır. Məndən tam ştatda iş tələb olunması düzgündürmü? Hansı güzəştlərə malikəm, məzuniyyətə çıxarkən nələrə diqqət etməliyəm?