Uzunmüddətli taksitlə alınan məişət əşyasında qiyməti dəyişmək olar mı?
- 07.11.2024
cavab yoxdur
Mən 12 aylıq taksitle soyuducu almışam. 3 ay sonra mağaza deyir ki, ‘valyuta qalxıb, ona görə taksitiniz artacaq’. Buna icazə varmı?
Sosial şəbəkədə bir səhifə var idi, paltar satırdı. Pulu kartla ödətdim, ancaq heç bir mal gəlmədi. Sonra səhifə bağlandı. Bank geriyə heç nə etmir. Mən neyləyim?
Birincisi, dəlil toplayın: mesajlar, ödəniş qəbzi, səhifənin linki və s. Sonra bankınıza ‘mübahisəli ödəniş’ (chargeback) tələbi göndərin. Bəzi kart sistemləri sizi qorumaq üçün bu prosesi dəstəkləyir. Alınmazsa hüquq-mühafizə orqanlarına fırıldaqçılıq barədə şikayət verin. İstehlakçı hüquqlarının reallaşması üçün satıcı rəsmi qeydiyyatdadırsa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edin, lakin saxta hesabdırsa, hüquqi prosedur ağır ola bilər.