Eşimlə ayrılmışıq, amma rəsmi boşanma yoxdur. Uşağı xaricə aparıb orada məktəbə yazdırmaq istəyirəm. Atası razı deyil. Bu mümkündürmü və qanun nə deyir?
Sayt administrasiyası
11.01.2025
cavabın tarixi: 11.01.2025
Yetkinlik yaşına çatmayan uşağın yaşayış yerini dəyişdirmək, xüsusən ölkə xaricinə çıxartmaq üçün prinsipcə hər iki valideynin razılığı olmalıdır. Atanızla razılıq alınmasa, məhkəmənin icazəsi tələb edilə bilər. Məhkəmə uşağın maraqlarını öyrənir, xaricdə təhsilin onun üçün faydalı olduğuna inanarsa, atanın razılığı olmadan da qərar verə bilər. Lakin bu yola getmək üçün məhkəmə prosesinə hazır olmalısınız.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Keçmiş həyat yoldaşımla olan fotoşəkilləri sosial şəbəkədə icazəsiz paylaşmaq istəyirəm. Bu, onun məxfiliyini pozmaz ki, hüquqi məsuliyyət doğura bilərmi?
Azərbaycan vətəndaşıyam, xaricdə nikaha girmişəm və orada boşandım. Bu boşanma qərarını Azərbaycanda da tanıtmaq istəyirəm ki, burada da subay kimi görsənim. Hansi prosedurdan istifadə edim?
Evdə nikah davam edərkən mənim adıma qaz, işıq, su aboneliği var. Boşanmaq istəyirəm, ev isə yoldaşımın adına ola bilər. Kommunal borcları kim ödəməlidir və gələcəkdə necə həll etmək olar?
İşlə bağlı başqa şəhərə gedirəm, uşağımı anama verib orada yaşamasını istəyirəm. Bu məni hüquqdan məhrum etməz ki, məhkəmə deyə bilər k, uşağına baxmır?
Uzun müddət evlənmək üçün elçilik masraflarını (şirniyyat, hədiyyələr, toy üçün ilkin ödəniş) mən ödəmişdim, amma nişanı pozduq. İndi qarşı tərəf də nişanı istəmir. Bu xərcləri geri istəyə bilərəmmi?
Mən evdar xanımam, rəsmən işləmədiyim üçün öz gəlirim yoxdur. Boşansaq, mənim başqa yaşayış yerim olmayacaq, kirayə götürməliyəm. Ərimin kirayə xərclərimə kömək etmək məcburiyyəti varmı?