Suallar və cavablar
Ailə üzvüm tərəfindən zorakılığa məruz qalıram. Məni və uşaqlarımı necə qorumaq olar?
Rəsmi əmək müqaviləm yoxdur, amma işdə problemlər yaşayıram. Nə etməliyəm?
Xarici vətəndaş ailəmizin mirasından pay tələb edə bilərmi?
Müflis olmuş şirkət mənə borcludur. Pulumu necə geri ala bilərəm?
Salam . Mənim atam 2019- cu ildə vəfat etmişdir. Həmin zaman onun Bank of Bakuya kredit borcu var idi.Mən banka ölüm sənədini təqdim etdim. Bu il 18 iyunda məni Bank of Bakunun əsas ofisinə çağırırb bildirdilər ki borcunu mən ödəməliyəm. Guya mən vərəsə təyin olunmuşam.Lakin belə bir şey olmamışdır və atamdan mənə heç bir miras qalmamşdır ki mən onun borcunu ödəyim.Bank mənə bildirdi ki səni məhkəməyə verib ödətdirəcəyik. Mən nə etməliyəm. Zəhmət olmasa köməklik göstərərdiniz.
Mən xarici vətəndaşam və Azərbaycanda işləmək istəyirəm. Qaydalar hansılardır?
Boşanmaq istəyirik, amma əmlakı necə böləcəyimizi bilmirik. Hansı qaydalar tətbiq olunur?
Salam. Rəhmətlik Atamın kreditinə görə UniBank məndən vərəsə kimi 1600dolllar tələb edir. Atam 1-ci Qarabağ müharibə veteranıdır, müharibə əlilidir. Özüm də tək ana kimi 650man maaşla ailə saxlayıram, xəstə anama baxıram.
Bankın tələbi doğrudur?