Suallar və cavablar
Uşağım məktəbdə zorakılığa məruz qalır. Hüquqlarını necə qoruya bilərəm?
Müqavilə bağlanarkən imzalar möhürlə təsdiqlənməyib.1 nüsxədə tərtib olunub. Qarşı tərəfə verilməyib. Bu hallar onun etibarsız sayılması üçün səbəb ola bilər mi? Universitet ilə tələbə arasında bağlanan müqavilədir. Yəni notarial qaydada təsdiqlənmir.
Boşanmaq istəyirik, amma əmlakı necə böləcəyimizi bilmirik. Hansı qaydalar tətbiq olunur?
Salam. Rəhmətlik Atamın kreditinə görə UniBank məndən vərəsə kimi 1600dolllar tələb edir. Atam 1-ci Qarabağ müharibə veteranıdır, müharibə əlilidir. Özüm də tək ana kimi 650man maaşla ailə saxlayıram, xəstə anama baxıram.
Bankın tələbi doğrudur?
Qonşum mənim torpağımın bir hissəsini istifadə edir. Hüquqlarımı necə qorumalıyam?
Boşandıqdan sonra uşaqlarım üçün aliment tələb edə bilərəmmi? Necə hesablanır?
Salam . Mənim atam 2019- cu ildə vəfat etmişdir. Həmin zaman onun Bank of Bakuya kredit borcu var idi.Mən banka ölüm sənədini təqdim etdim. Bu il 18 iyunda məni Bank of Bakunun əsas ofisinə çağırırb bildirdilər ki borcunu mən ödəməliyəm. Guya mən vərəsə təyin olunmuşam.Lakin belə bir şey olmamışdır və atamdan mənə heç bir miras qalmamşdır ki mən onun borcunu ödəyim.Bank mənə bildirdi ki səni məhkəməyə verib ödətdirəcəyik. Mən nə etməliyəm. Zəhmət olmasa köməklik göstərərdiniz.
Mənim borcum var, amma xaricə səyahət etməliyəm. Bu mümkündürmü?