cavabın tarixi: 25.10.2024
Müddətli əmək müqaviləsinin vaxtından əvvəl pozulması yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda (məsələn, işəgötürən şərtləri pozursa) və ya qarşılıqlı razılıqla mümkündür. Əks halda işəgötürən sizdən kompensasiya tələb edə bilər. Ancaq anlaşma yolu ilə müqaviləni ləğv etmək hər zaman mümkündür. İşəgötürən razı olmazsa, qanuni əsas göstərmədən vaxtından əvvəl çıxmanız hüquqi mübahisəyə səbəb ola bilər.