Bakı - də vəkilə sual vermək pulsuzdur - Page 2

Atam pensiya alırdı. Anam isə işləmirdi, stajı da yoxdur. Atam rəhmətə getdikdə, anam onun pensiyasını davam etdirə bilərmi, yoxsa ümumiyyətlə gəlirsiz qalacaq?

Cavaba keçid et

Deyirlər, hər ilin əvvəlində pensiya məbləğlərinə indeks tətbiq olunur, yəni artım olur. Bu prosesi kim və necə həyata keçirir, hansı göstəricilər əsasında qalxır?

Cavaba keçid et

Mən Azərbaycanda pensiya ala-ala daimi şəkildə başqa ölkədə yaşamaq istəyirəm. Bu mümkünmü? Yoxsa burada daimi qeydiyyatda olmaq məcburidir?

Cavaba keçid et

Zərərli kimyəvi maddələrlə işləyirəm, eşitdim ki, bu cür peşədə çalışanlara erkən pensiya və ya əlavə pensiya faizi verilir. Bu doğrudurmu və hansı sənəd bunu tənzimləyir?

Cavaba keçid et

Uzun illər çalışmamışam, indi isə yaşla bağlı pensiya almaq istəyirəm. Ancaq eşitdim ki, müəyyən qədər sığorta stajı olmadan pensiyaya çıxa bilmərəm. Bu minimum stajı hansı yolla tez bir zamanda toplaya bilərəm? Həmçinin, bir neçə fərqli yerdə çalışmışamsa, bu stajlar toplanırmı? Hər hansı sənədləri toplayıb təqdim etməliyəm, yoxsa elektron bazada görsənir? Bilmək istəyirəm ki, sığorta ödənişlərinin rəsmiləşdirilməsi necə aparılır.

Cavaba keçid et

Qohumumun pensiya kartını kiminsə oğurladığını düşünürük. Bankomatdan pul çəkilib. Hüquqi addım nədir? Kimin mesuliyyəti var?

Cavaba keçid et

Təqaüdə çıxmaq istədiyimdə, mənə veriləcək pensiya məbləği tam olaraq necə müəyyənləşir? Uzunmüddətli iş stajım və yüksək maaşım olub, amma indi hansı rəqəmi gözləməli olduğumu bilmirəm. Çünki deyilənlərə görə, həm sosial sığorta ödənişləri, həm də fərdi hesab göstəriciləri əsas götürülür. Bu prosesdə hansı meyarlar tətbiq edilir və hesablayarkən hansı koeffisiyentlərə baxırlar?

Cavaba keçid et

Mən rəsmi işləmədiyim üçün könüllü sığorta etmək istəyirəm. Onu hər ay bank vasitəsi ilə DSFM hesabına köçürməliyəm, yoxsa onlayn da olurmu? Hansısa kassa var?

Cavaba keçid et

Mənə 2-ci dərəcə əlillik verilib. Həm əlillik pensiyası almaq istəyirəm, həm də eşitmişəm ki, əlavə sosial müavinətlər verilir. Bilmək istəyirəm, eyni vaxtda həm pensiya, həm müavinət almaq olarmı, yoxsa seçim etməliyəm? Hansı hallar istisnadır və necə müraciət etmək lazımdır?

Cavaba keçid et

Son illər qadınların pensiya yaşı qalxıb. Amma bəzi səslər qadınların daha tez pensiyaya çıxması üçün güzəşt tələb edir. Qanunvericilikdə belə bir yenilik varmı, ya gözlənilirmi?

Cavaba keçid et