Qanunsuz silah saxlamaqla bağlı cəza necə müəyyənləşir?
- 25.11.2024
Polisə çağırış aldım və mənə qarşı cinayət işi açıldığını eşitdim. Nə edəcəyimi bilmirəm, hüquqi proseslə bağlı məlumatım azdır. İttiham edilmədən öncə vəkilə müraciət etməliyəmmi, yoxsa əvvəlcə polisə getməli, izahat verməliyəm? İlk addım nə olmalıdır ki, hüquqi vəziyyətimi düzgün qorum?
Hər şeydən öncə, polis çağırışı alsanız belə, susma hüququnuz və vəkil tələb etmək hüququnuz var. İdeal yanaşma odur ki, ilkin ifadə verməmişdən əvvəl vəkilinizlə məsləhətləşəsiniz. Çünki verdiyiniz ifadə sonrakı mərhələlərdə əsas sübut rolu oynaya bilər. Vəkilin iştirakı ilə izahat və ya ifadə vermək hüquqlarınızın qorunmasını, verəcəyiniz sözlərin düzgün şəkildə hüquqi çərçivəyə oturmasını təmin edəcək. Buna görə ən doğru addım ilkin mərhələdə vəkilə müraciət etməkdir.