cavabın tarixi: 17.11.2024
Bəli, sosial sığorta ödənişləri çox vacibdir. Maaşınızın aşağı rəsmiləşdirilməsi pensiya kapitalınızı azaldır, gələcəkdə təqaüd, müavinətlər və s. daha az olacaq. Siz bu durumla razı deyilsinizsə, Əmək Müfəttişliyi, Vergi Xidməti və DSMF-yə (Dövlət Sosial Müdafiə Fondu) şikayət edə bilərsiniz. İşəgötürən qaydaları pozduğu sübut olunarsa, cərimə və digər sanksiyalar tətbiq edilir, sizin yığımınız isə bərpa edilə bilər.