cavabın tarixi: 30.11.2024
Təqsirləndirilən şəxsin hüquqları Cinayət-Prosessual Məcəlləsində geniş şəkildə təsbit olunub. Siz istintaq materialları ilə tanış ola, vəkil tələb edə, sübutlar toplaya, şahidləri dindirməyi xahiş edə bilərsiniz. İstintaq hərəkətlərinə qatıla, protokolları imzalamaqdan əvvəl oxuya bilərsiniz. Həmçinin istintaqın hərəkətləri ilə razı deyilsinizsə, prokurorluğa və ya məhkəməyə şikayət etmək hüququnuz var. Ehtiyac olarsa məhkəmədən əlavə ekspertiza da tələb etmək mümkündür.